Şou-biznes

Rəşad Dağlının ailəsinə böyük jest edən şəxs kimdir? - VİDEO

5 Sentyabr 2023 12:52
Baxış: 6 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının övladlarının təhsilhaqları ilə bağlı problemləri həll olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki,  bu haqda ifaçının oğlu Yusif və qızı Bətül paylaşım edib. Onlar bildiriblər ki, artıq ötən gündən məktəbə getməyə başlayıblar. 

"Çox adam bizim təhsilhaqqımızı soruşur. Tanımadığımız şəxs pulu ödəyib. Anonim şəxsə təşəkkür edirik" deyə, Yusif bildirib. 

Qeyd edək ki, Rəşad açıqlamasında övladlarının özəl məktəbdə oxuduğunu bildirmişdi. 

Əlavə edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz avtomobilində görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub.

Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.  Rəşad Dağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul tarixli hökmü ilə 9 il 6 ay azadlıqdan məhrum edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.