Şou-biznes

Azər Aydəmirin Damla ilə bağlı paylaşımı tənqid olundu - VİDEO

5 Sentyabr 2023 13:14
Baxış: 2 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Azər Aydəmirin müğənni Damlanın "Hazırlaşır" mahnısı ilə bağlı paylaşımı tənqid edilib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki,  sənətçi paylaşımda ifaçının mahnısının sözlərini tərifləyib. Bu isə izləyicilərin xoşuna gəlməyib.

"Nə deyirsiz deyin, amma Damlanın "Hazırlaşır" mahnısı əladır. Söz müəllifinə isə ayrı təşəkkür. Çox dərin, ikibaşlı və həssas sözlərdir" deyə, A.Aydəmir paylaşımında yazıb.

Sosial şəbəkə istifadəçiləri isə mahnıya mənfi rəy yazaraq, aktyoru tənqid ediblər. 

Yazılan mənfi rəylərə Aydəmir "Dostlar, klipə baxmamışdım. Klip bərbaddır. Bəlkə, Damla xanım özü də bilməyib nə oxuyur. Sözüm onda yox. Amma bir daha deyirəm, mahnının sözləri möhtəşəmdir. Subaylar onsuz anlamaz. Heç dinləməsin" cavabını verib. 

Aktyorun bu sözləri ironiya ilə yazıb-yazmadığı isə məlum olmayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.