Şou-biznes

Jony Dənizkənarı Milli Parkda rəqs etdi - VİDEO

4 Sentyabr 2023 18:10
Baxış: 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya şöhrətli amerikalı pop-rok qrupu "İmagine Dragons"un konserti üçün Bakıya gələn Jony ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseyn son paylaşımı ilə diqqətləri üzərinə cəmləyib. 

Milli.Az bizim.media-ya istinadla xəbər verir ki,  axşam saatlarında rus dostları ilə Dənizkənarı Milli Parkı gəzən sənətçi yolda rəqs edib. 

Ətrafda olan insanların diqqətini özünə cəlb etməmək və tanınmamaq üçün Jony başına papaq qoyub.

Pop ulduz paytaxt Bakının gözəlliyini, koloritini və tarixi yerləri nümayiş etdirmək üçün tezliklə burada fotosessiya etmək istədiyini dilə gətirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.