Şou-biznes

Röya pərəstişkarının evinə qonaq gedəcək - FOTO

2 Sentyabr 2023 16:16
Baxış: 1 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Röya Ayxan dünənki konsertinə əlil arabasında gəlmiş pərəstişkarının evinə qonaq getməyə söz verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, həmin xanımın əsl adı Ülviyyə olsa da, o, adını rəsmi şəkildə dəyişdirib Röya edib. Röya Ayxanın ən sadiq fanatlarındandır. 10 il öncə xəstələnib əlil arabasına məhkum olan həmin xanım Röya ilə görüşmək istəyib və müğənni onun istəyini yerinə yetirib.

O, Ülviyyəni növbəti konsertlərinə dəvət edib. Xanım isə evdən çətinliklə çıxdığını, huşunu itirdiyi üçün gələ bilməyəcəyini söyləyib. Xalq artisti ona evində baş çəkəcəyini vəd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.