Şou-biznes

Elnarə Abdullayevanın plastik əməliyyatdan sonrakı HALI - VİDEO

29 Avqust 2023 07:30
Baxış: 4 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, ötən həftə Əməkdar artist Elnarə Abdullayeva göz ətrafında olan "qaz ayaqlar"ını aradan qaldırmaq eyni zamandan "Bella eyes" effektini əldə etmək üçün göz yanlarını yuxarı hissəyə dartma əməliyyatını keçirib.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, sənətçinin əməliyyatdan sonrakı halını aparıcı və aktyor Sərxan Kərəmoğlu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Son günlər sosial mediada xanəndənin daha əvvəlki müsahibələrində plastik və estetik əməliyyatlara əleyhinə olduğu ilə bağlı söz-söhbətlər yayılıb. Abdullayeva bunların şayiə olduğunu və əməliyyatların leyhinə olduğunu açıqlayıb: "Mən deməmişəm ki, olmaz və istəmirəm. Mən danışığımı bilən insanam. Sadəcə aşırı əməliyyatlar edəndə eybəcər görsənir. Əleyhinəyəm və ya leyhinəyəm belə sözlər işlədən insan deyiləm. Məndən əvvəllər soruşanda ki, "siz nəsə etmisiniz?" deyirdim ki, xeyr. Amma etsəm, mütləq deyəcəyəm. Əməliyyatlara pis baxmıram. Əgər özünüzü məndən ağıllı sayırsınızsa, kimliyindən asılı olmayaraq, həmin dediyimi çıxardın ortalığa. Onların sözündən belə çıxır ki, Elnarə danışığını bilmir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.