Şou-biznes

"Bizi beynimizə yeridilən fikirlər dəyişir" - Nura Suri

25 Avqust 2023 20:36
Baxış: 1 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Uşaqlıqda gördüyüm dünya ilə indiki çox fərqlidir. O zamanlar ağaclar çox uca və əzəmətli görünürdülər. Gecələr yarpaqların xışıltısına qulaq asardım. Nənəmdən ağaclar nə deyir soruşardım. Səhər quşların səsinə oyanardım. Sanki mənim üçün nəğmə deyirdi quşlar. Təbiətin səsini eşidirdim, dünya çox gözəl və böyük görünürdü".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. O, insanları tanımağa başlayandan özünün də dəyişdiyini bildirib:

"İnsanları eşidib tanımağa başlayandan sonra dünya da dəyişdi, mən də. Biz bu dünyaya gələndə saf oluruq axı... Bizi insanlar dəyişir. Onların bizə olan münasibəti, beynimizə yeridilən fikirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.