Şou-biznes

"Eşqindən şokolad kimi əriyirsən"

25 Avqust 2023 23:46
Baxış: 1 710
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sən eşqindən sərxoş olmalı, əriməlisən. Sən dəli olmasan, həmin dadı hiss etməyəcəksən. Bir neçə dəfə yaşadığım hiss olub və çox şeyi dərk etməyə bəs edib. Nə vaxtsa sən eşqindən şokolad kimi əriyirsən...".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Çingiz Mustafayev aparıcı Turanə Hüseynlinin yutub layihəsində qonaq olarkən deyib. İfaçı ruhani olmasından, Allah sevgisindən danışıb:

"Bu eşqi heç bir şeylə bağlaya bilmirəm: nə insan, nə ağacla. Ruhani yolunda insanın dadmalı olduğu ilk şey eşqdir.

Hərdən mənim şüurum məni qorxudur. Çox halda sənə yaşamağa mane olur. Şüurum belə bir qorxu yaradıb ki, bir də sevə bilməyəcəyəm. Əgər sən dediyim o eşqi bir dəfə dadırsansa, sonrakılar solğun qalır. Çətindir... Ona görə də mənə eşqdən mahnı yazmaq da çətindir. O demək deyil ki, qadını sevməyəcəksən. Yox...". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.