Şou-biznes

Hit mahnıların müəllifi YOXA ÇIXDI - FOTO

21 Avqust 2023 08:00
Baxış: 1 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-də pop müğənnisi Keti Perrinin hitlərinin müəllifi, 48 yaşlı Kamila Leyert-Sequra itkin düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə bəstəkarın dostları xəbər veriblər.

Onların sözlərinə görə, qadını sonuncu dəfə iyunun 29-da görüblər.

"Keti Perrinin "Walking On Air" hitini yazan müğənni-bəstəkar və modelin təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır", - deyə məlumata bildirilir.

Qeyd olunur ki, Leyert-Sequra Beverli Hillsdə yoxa çıxıb. İyun ayından bəri onun harada olmasından xəbər yoxdur.

Bəstəkarın dostları onun qaçırıla biləcəyini istisna etmirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.