Şou-biznes

"Sıraya düzülürdülər ki, İlhamə Quliyeva onları ad gününə dəvət etsin"

18 Avqust 2023 22:00
Baxış: 3 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün mərhum Xalq artisti İlhamə Quliyevanın anadan olduğu gün idi. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı-aktyor Sərxan Kərəmoğlu müğənni ilə olan görüntüsünü yayımlayıb. Sərxan bildirib ki, sağlığında Quliyevanın yanında olan sənət adamları indi heç onun məzarını ziyarət etmir:

"Haradasan, İlhamə xanım? Vaxt var idi bugünkü gün sıraya düzülürdülər ki, İlhamə onları ad gününə dəvət etsin. İndi hanı onlar? Çox qəribə deyil, çünkü həyat budur. Ona görə də hər kəsə tövsiyyəm bugünkü günə şükür edin və özünüz yaşayın.

Naxələf insanların çoxluq təşkil etdiyi zəmanəyə gəlmişik. Hanı o efirlər, proqramlar, aparıcıar? Haradasınız, ey mən deyənlər? İlhamə xanım bugünkü gün doğulub. Ruhun şad olsun. Allah günahlarını bağışlasın".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.