Şou-biznes

13 ildən sonra "Oskar"ı əlindən alınacaq?

17 Avqust 2023 07:00
Baxış: 1 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13 ildən sonra Hollivud ulduzu Sandra Bullokun "Oskar"ının geri alınması istənilir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, söhbət aktrisanın 2010-cu ildə "The Blind Side" biopik filmində ən yaxşı qadın roluna görə layiq görüldüyü mükafatdan gedir.

Ekran işində haqqında bəhsi gedən amerikalı futbolçu Maykl Oher bəzi hadisələrin reallıqla heç də üst-üstə düşmədiyini bildirib. Məsələn, layihədəki Tuokhi ailəsi əslində filmdə göstərildiyi kimi onu övladlığa götürmədiklərini, sadəcə onu himayə etdiklərini deyib. Maykl iddia edir ki, ailə layihədən kifayət qədər pul qazansa da, o isə heç nə əldə etməyib.

Bunun ardından tvitter izləyiciləri aktrisanın mükafata layiq olmadığı qənaətinə gəliblər. İstifadəçilər arasında filmin süjetinin yaradılmasında aktrisanın rolunun olmadığını irəli sürərək, Sandranı müdafiə edənlər də yer alıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.