Şou-biznes

Rəşad Dağlının oğlundan atası ilə bağlı paylaşım

14 Avqust 2023 09:39
Baxış: 3 179
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif Əmirov atası ilə bağlı paylaşım edib. 

Milli.Az OLAY-a istinadən yazır ki, sosial şəbəkə hesabında video yayımlayan Yusif "Ata, sən həmişə mənim arxa dayağım oldun. İndi mən sənin görən gözün,danışan dilinəm" sözlərini yazıb. 

Xatırladaq ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz avtomobilində görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub.

Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Əmirov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.