Şou-biznes

43 yaşlı model yeni sevgilisi ilə görüntüləndi - VİDEO

13 Avqust 2023 22:50
Baxış: 1 387
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu günlərdə media 43 yaşlı Jizel Bündxenin keçmiş sevgilisi Tom Bredi ilə İrina Şeykin münasibətinə sərt reaksiya verməsindən yazıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, dedi-qodulara son qoymaq qərarına gələn braziliyalı supermodel yeni eşqə başlayıb. "Daily Mail" Jizelin ciu-citsu üzrə məşqçi Coaquim Valente ilə görüşür. Cütlük bir müddət əvvəl Kosta-Rikada şam yeməyində diqqət çəkib, lakin sonra onarın sadəcə dost olduğu bildirilib.

Ötən gün paparatsilər Jizel və Xoakimi birlikdə görüntüləyib. Cümə günü Braziliya tətilindən qayıdan modeli səhər saat 5-də gəldiyi Mayami hava limanında Valente qarşılayıb. Jurnalistlər modelin məşqçiyə daha yaxın olmaq üçün arxa oturacaqda deyil, qabaqda əyləşdiyini müşahidə ediblər.

Ertəsi gün Jizel Valentenin işlədiyi fitnes klubunda məşqə gedərkən paparatsilər onu yenidən görüntüləyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.