Şou-biznes

“Barbi”nin dünya üzrə gəliri rekord qırdı

7 Avqust 2023 21:12
Baxış: 902
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu yaxınlarda "Barbi" filmindəki rolu ilə müzakirələrə səbəb olan Marqo Robbi filmə həddindən artıq qiymət verdiyini etiraf edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, filmin təqdimat mərasimindəki çıxışı zamanı studiyaya böyük gəlir - bir milyard dollar vəd edib.

Lakin bugünlərdə məlum olub ki, aktrisanın özünün belə inanmadığı proqnozu reallaşıb. Film iki həftədən bir qədər çox müddətdə dünya kinoprokatında bir milyard dollar toplayıb.

"Barbi" filminin rejissoru Qreta Qerviq də ekran işi sayəsində tarixə düşüb. O filmi bir milyard dollar qazanan ilk qadın olub.

Qeyd etmək lazımdır ki, məşhur gəlinciyin hekayəsindən bəhs edən film bir çox ölkələrdə tamaşaçılar tərəfindən maraqla izlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.