Şou-biznes

Roza Zərgərli ölümlə üz-üzə qaldı

3 Avqust 2023 18:58
Baxış: 2 265
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Roza Zərgərli ölüm təhlükəsi ilə üzləşib.

Milli.Az olay-a istinadən bildriir ki, bu barədə o, "İnstagram" hesabındakı canlı yayımda bildirib. 

İfaçı arıqlamaq üçün mədəsinə balon qoydurmaq istəsə də, həkimi buna razı olmayıb və mədəqatlama əməliyyatını məsləhət görüb. 

Zərgərli əməliyyatın 2 may tarixində baş tutduğunu vurğulayıb: "Bu günə qədər sizinlə bərabər olmamağımın səbəbi ölüm ilə mübarizə aparmağım idi". 

"Əməliyyat vaxtı mənim dalağımla vədəaltı vəzimi zədələyiblər. Maye axan avadanlığı vaxtın öncə çıxardıqları üçün, maye qarın boşluğuma dolub. Qızdırıcı olmayan reanimasiyada 2 sutka məni saxlayıblar. Yatağımda da qızdırıcı oladığı üçün həmin maye irinə çevrilib. O da qanıma keçib. Onları müalicə edəndən sonra pnevmoniya oldum. Onu da başqa həkim müalicə etdi" - deyə ifaçı bildirib. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.