Şou-biznes

Məşhur hekayədəki obrazları onlar canlandıracaqlar

3 Avqust 2023 19:56
Baxış: 923
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktyorlar Buğra Gülsoy, Hande Doğandemir və Seçkin Özdemir bir filmdə bir araya gələcəklər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Yaren adlı leylək və balıqçı Ademın hekayəsini əks etdirən filmin çəkilişləri yaxın günlərdə başlayacaq. 

Vəhşi təbiət fotoqrafı Alper Tüydeşin 12 il əvvəl Bursanın Karacabey rayonunda fotolarını çəkdiyi balıqçı Adem Yılmazla Yaren adlı leyləyin hekayəsi böyük marağa səbəb olub. Hər il eyni məkanda bir araya gələn balıqçı Adem və Yarenin hekayəsindən bəhs edən və minlərlə insanın izlədiyi "Yaren Leylək" filmi avqustun 8-də çəkiliş meydançasında olacaq. Ekran işi noyabrda təqdim ediləcək.

Filmdə Buğra, Hande, Seçkinlə yanaşı Azra Aksu, Emir Ali Doğrul, Meral Çetinkaya, Tarık Pabuçcuoğlu, Murat Kılıç, Cenk Gürpınar, Kıvanç Talu, İşinsu Zırh və Alper Tüydeş kimi məşhur isimlər çəkiləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.