Şou-biznes

Aleyna Tilki oteldən qovuldu

3 Avqust 2023 07:00
Baxış: 2 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur müğənnisi Aleyna Tilki hoteldən qovulub.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, 23 yaşlı Tilki 6 dostu ilə Cihangirdə yerləşən hotellərin birində əyləncə təşkil edib.

Gecə saat 2-də başlayan əyləncə çox səs-küy olduğu üçün qonşuları narahat edib. Xəbərdarlıqlara məhəl qoymayan müğənni əylənməyə davam edib. Ətrafdakı insanların məkan sahibinə şikayəti nəticəsində məşhur müğənninin otağını boşaltması istənilib.

İddiaya görə, Tilki otel sahibinə "pulunu ödəmişəm" deyib.

Qısa münaqişədən sonra Aleyna Tilki dostları ilə birlikdə hoteli tərk etmək məcburiyyətində qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.