Şou-biznes

Estetik etdirmədiyini dedi, arxiv FOTOları üzə çıxdı

31 İyul 2023 22:53
Baxış: 2 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli model Özgə Ulusoy son açıqlamasına görə tənqid olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa gözəllik sirrini bölüşüb və təbii yollarla formada qaldığını bildirib:

"Məni tənqid edənlər daha sonra mesaj yazaraq hansı estetik prosedurlardan keçdiyimi soruşurlar. Öncə bildirim ki, estetik etdirməmişəm, çox araşdırıram. Nə qədər bu tip şərhlər yazılsa da, öz təbii halımdan yetəri qədər məmnunam. Yediyimə, içdiyimə, yuxu rejimimə çox diqqət göstərirəm. Gün ərzində içdiyiniz suyun miqdarı belə dərinizə, dırnağınıza, saçınıza təsir edir. Botoks etdirirəm. Yeni mezoterapiyaları izləyirəm. Evdə maskalar edirəm. Məncə gözəllik sağlam və yaxşı olmaqdır". 

Sosial media izləyiciləri aktrisanın köhnə şəkilləri ilə yeni halını qarşılaşdıraraq estetiklərini müzakirəyə qoyublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.