Şou-biznes

Aybəniz bacısı Şahnazın ziyarətinə getdi: “Sənə gələn bütün qada-bəla mənə gəlsin” - FOTO

20 İyul 2023 12:59
Baxış: 1 999
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Xalq artisti Şahnaz Haşımova yüngül formada beyin-qan dövranının pozğunluğu diaqnozu ilə Abbas Səhhət adına Xəstəxananın Təcili Yardım Şöbəsinə yerləşdirilib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, 66 yaşlı sənətkarın bacısı Əməkdar artist Aybəniz Haşımova Şahnaz xanımın ziyarətinə Gəncə şəhərinə gedib.  

Aybəniz sosial şəbəkə hesabında bacısı ilə çəkilən fotosunu izləyiciləri ilə bölüşərək, onun hazırkı sağlamlıq vəziyyəti ilə bağlı açıqlama yayıb: 

"Onu anamdan, atamdan cox sevirdim. İlk qucağında ovuduldugum, üzümə açılan qolların sahibidir Şahnaz xanım. 1970-ci illərdə bir dəfə də məni cox qorxutmuşdu xəstəxanaya düşərək. Onda da yolunu indi ki, kimi səbirsizliklə gözləyirdim.

Tez qayıt evə, körpə kimi atılım qollarına. O gözəl əllərinlə tumar çək saçlarıma. İllərin məni yorğun salmış yuxusuna gedim. Laylamı çal bacım, sənə gələn bütün qada-bəla mənim canıma gəlsin. Sənə heç nə olmasın. Bütün xalq səni gözləyir, dua edir. Sən çox yaşa ki, xalqın musiqi səsi, sənsiz qalmasın".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.