Şou-biznes

Könül Kərimova: “Bu il oğlumu zorla evləndirəcəyəm” - VİDEO

19 İyul 2023 16:03
Baxış: 1 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əlim göydədir ki, oğlum Rəşad tez evlənsin. Kaş "doğurçu" sevgidən oxuyaydı. 31 yaşı var, amma hələ də evlənmək istəmir. Deyir, qismət. Onu bu il özüm zorla da olsa evləndirəcəyəm". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri əməkdar artist Könül Kərimova qonaq olduğu "El canlı" axşam şousunda deyib. 

Verilişdə anası ilə birgə qonaq olan Rəşad bildirib ki, valideyni tez-tez ona evlənmək üçün qızların şəkillərini göndərir: 

"Anam qız axtarışındadır. Mənim isə bundan xəbərim yoxdur. İki gündən bir mənə qızların şəkillərini göndərir. Evlənmək üçün qız seçimində anam məndən betərdir. Hər qızı bəyənmir". 

Qeyd edək ki, K.Kərimovanın oğlu Rəşaddan savayı Ləman adında qızı da var. Ləman 5 il əvvəl Orxan adlı şəxslə ailə qurub. 

Sənətçinin qızı evləndikdən sonra Ağcəbədiyə köçüb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.