Şou-biznes

Məşhur cütlük buna görə evlənmir - 40 ildir sevgilidirlər

16 İyul 2023 01:00
Baxış: 4 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur aktrisa Qoldi Houn son açıqlaması ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa 40 ildir sevgili olduğu aktyor Kurt Rassellə niyə münasibətlərini rəmiləşdirmədikləri ilə bağlı sualı cavablayıb. Onun sözlərinə görə, hər ikisi keçmişdə uğursuz evliliklər yaşadıqlarına və boşanma ilə bağlı bütün çətinliklərlə yenidən qarşılaşmaq istəmədiklərinə görə bu addımı atmırlar:

"Evlilikdə problem yarandıqda getdikcə böyüyür. Çox çirkin bir hal alır. Münasibəti davam etdirmək çətindir. Həmişə hər şey asan olmur. Buna görə də azad düşüncə ilə azad qalmaq önəmlidir".

Qeyd edək ki, Houn daha əvvəl aktyor, rejissor Qus Trikonis və musiqiçi Bill Hudsonla ailəli olub. Rassel isə aktrisa Sizon Xablidən boşanıb.

Houn və Rasselin 37 yaşlı Uayt adlı bir oğulları var. Ümumilikdə Hounun 3, Rasselin isə 2 övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.