Şou-biznes

Övladını qəzada itirən müğənni: "Kaş ailəli olmazdım"

14 İyul 2023 20:38
Baxış: 1 695
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Kaş evlənməzdim...".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni İbrahim Borçalı "Səhər mərkəzi" verilişində deyib. Sənətçi erkən evlilikdən danışıb. O bildirib ki, oğlu Rəhimi itirdikdən sonra bununla bağlı fikrini dəyişdiyini söyləyib:

"Kaş Zahidin (klarnet ifaçısı Zahid Qubadlı - red.) yerinə olardım, paxıllığım tutur ona. Onun kimi 45 yaşım olardı, ailəli olmazdım... Həyatda bu acını yaşamazdım. Bu yaşda balamı itirməzdim. Allah heç bir valideynə göstərməsin. Bu acı ilə yaşamaq valideynə böyük dağdır". 

Qeyd edək ki, sənətçinin oğlu avtomobil qəzasında vəfat edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.