Şou-biznes

Erməni ifaçı Aygün Kazımovanın mahnısını oğurladı - VİDEO

14 İyul 2023 18:15
Baxış: 2 167
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənilər bu dəfə Xalq artisti Aygün Kazımovanın "Səndən nigaranam" mahnısı oğurlayıblar. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Tiqran Asatryan adlı ifaçı mahnını oxuyaraq "Andzrev" adı ilə yutub kanalında yerləşdirib. O, müəllifin adını isə qeyd etməyib. 

Xatırladaq ki, A.Kazımova "Nigaranam" mahnısını 2005-ci ildə təqdim edib. Bəstənin sözləri Baba Vəziroğlu, musiqisi isə Kəmaləddin Heydərova məxsusdur. Mahnını daha sonra Xalq artisti Brilliant Dadaşova, Əməkdar artistlər Aygün Bəylər, Lalə Məmmədova, müğənnilər Ayan Babakişiyeva, Elnur Məmmədov, Elçin Cəfərov, Gülay Zeynalova və başqaları oxuyub. 2006-cı ildə Aygün Kazımova mahnıya yeni nəfəs verərək, mahnının remiks versiyasını Türkiyədə keçirilən "The Best Model Of The World" dünya gözəllik müsabiqəsində dinləyicilərə təqdim edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.