Müğənni Yusuf Güney illərdir komada olan Kenan Işıkla bağlı iddia ortaya atıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, astral səyahətə getdiyini deyən ifaçı Kenan Işıkla qarşılaşdığını bildirib:
"Astral səyahətdə 3 insanla qarşılaşdım. Onlarla danışmağı da gerçəkləşdirdim. Onlardan biri də Kenan Işık idi. İllərdir o, gəzir. Nələr görüb bir bilsəniz. Oyansa, nələr danışacaq".
Yusufun bu açıqlaması isə tənqid edilib.
Qeyd edək ki, Kenan 2014-cü ilin martında idman zalında olarkən vanna otağında yıxılıb və başından zədə alıb. 8 ildir komada olan Kenanın müalicəsi davam edir.
Milli.Az