Şou-biznes

Ebrunu Şəmkirə toya gətirən iş adamı Bakıda bu məşhur ticarət mərkəzinin sahibi imiş - FOTO

7 İyul 2023 16:44
Baxış: 26 304
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Elza Seyidcahanın bomba kimi gündəmə düşməsinin ardıyca ikinci partlayış türkiyəli müğənni Ebru Gündəşlə səs saldı. Sosial şəbəkələrdə və mediada yayılan məlumatlardan belə məlum oldu ki, məşhur sənətçi Azərbaycana gəlib. Şəmkirdə sünnət mərasiminə dəvət alan müğənni səhnədə canlı orkestr ilə çıxış edib, hit mahnılarını səsləndirib. 

Toyda Ebru Gündeşdən başqa yerli sənətçilər də iştirak ediblər. Amma onların iştirakı Ebrununki qədər rezonans doğurmayıb.
 
Milli.Az xəbər verir ki, demokrat.az oğlunun kiçik toyuna türkiyəli müğənnini dəvət edən şəmkirli iş adamı Aydın Musayev haqqında bəzi məlumatlar əldə edib. 

Məlum olub ki, o, Bakıdakı "Metropark" ticarət mərkəzinin sahibidir.  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.