Əməkdar artist Ruhəngiz Allahverdiyeva sağlamlığının qayğısına qalma sirrini açıqlayıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni bu haqda "El canlı" verilişində danışıb. O bildirib ki, özünü xəstəliklərdən mixək vasitəsiylə qoruyur:
"Hər yerdə ağzımda mixəklə gedirəm. Özü də beş-altı mixəyi saxlayıram ağzımda. Oxuyanda, yatanda, verilişə gələndə ağzımda mixək olur. Toya gedirəm, insanlarla ünsiyyətdə oluram immunitetimi qorumalıyam".
15 il bundan əvvəl plastik əməliyyat etdirdim. Göz altı və üstü əməliyyatım olub.
Milli.Az