Şou-biznes

Müğənni banklardan şikayətləndi: "Qiymət niyə qalxıb?"

3 İyul 2023 13:12
Baxış: 1 156
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni ABD Malik Kələntərli banklardan şikayətlənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bir çox bankın yüksək faiz çıxmasını tənqid edib. O bildirib ki, banklar bildiriş mesajları üçün tutulan faizi qaldırıblar:

"Bank sahiblərinə və işçilərinə maraqlı sualım var. Müştəri olduğum bankın sms xəbərdarlıq sistemi əvvəllər 1 manat idi. Sonra bir müddət keçdi 2 manat oldu. Bu gün elan gəlib ki, sms bildirişlərin qiyməti artıq 3 manat olacaq. Yaxşı... Bir sualım var, bu sms bildirişlər və xəbərdarlıq sistemi benzinlə işləyir, xaricdən gəlib gömrükdə dayanır, onu yaratmaq üçün hansısa kimyəvi maddələrdən istifadə etmək lazımdır? Yox... Ola bilsin ki, mən nələrsə bilmirəm, üzr istəyirəm. İzah edin bilək, bu sms xəbərdarlıq və bildiriş sisteminin qiyməti nəyə görə qalxır? Niyə?".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.