Müğənni Tacir Şahmaoğlunun sosial mediada yayılan videosu müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, məclis dostları ilə əyləşən ifaçı əlindəki içki şüşəsini yanında əyləşmiş meymuna içirtməyə çalışıb. O, bir neçə dəfə qədəhi meymuma uzatsa da, meymun əlləri ilə onu geri itələyib.
Bəzi izləyicilər onun bu görüntülərini zarafat kimi qəbul etsə də, digərləri onun heyvana təzyiq göstərdiyini deyib.
Müzakirələrə səbəb olan kadrları təqdim edirik. (publika)
Milli.Az