Şou-biznes

"Şou-biznesdə yoxsan"... - FOTO - VİDEO

22 İyun 2023 23:36
Baxış: 3 222
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İş dünyasının tanınan insanlardan biri yazıb ki, "klipdəki məkan haradı? Fransadı?" Mən də cavab verdim ki, Parisin yaxınlığında şəhərcikdi, amma adı Maştağadır. İnanıblar! Dostumuzun yeri idi. Hər şey bir-birini tamamladı. Onu deyim ki, son illər klipə bu qədər  büdcə xərcləməmişdik". 

Milli.Az olay.az-a istinadən bildirir ki,  bu sözləri Xalq artisti Tünzalə Ağayeva "Səhərin səsi" proqramında qonaq olarkən deyib.  Pop ulduz yeni təqdim etdiyi "Öldür" adlı klipindən söz açıb. 

Daha sonra sənətçi son 10 ildə heç bir həmkarına mahnı yazmadığını deyib:

"10 il var ki, heç kəsə mahnı yazmıram. Ondan əvvəl bir çox artistlər var ki, oxuyub. Ziyalı ifaçılar meydanı tərk etsələr, sahibsiz qalacaq. Laiqsiz insanlar sahiblənəcək. İnsan peşəkar olmalıdır.  Bilməmək eyib deyil. Bu peşənin içinə girib savadsızlıq davam edirsə, qüsur onlardadır.  Mən tənqid edəndə hansısa bir ad düşünməmişəm. Mənim üçün savadlı və savadsız var. Söhbət diplomdan getmir.  İnsan biliyini inkişaf etdirməlidir".

T. Ağayeva şou-biznesin bahalı sahə olduğunu qeyd edib:

"30 il qabağa baxanda bu gün konsert, klip səviyyəsi artıb. Bu sahə bahalıdır.  Pulun yoxdursa, səsin balaca yerlərdə səslənir.  İnternet köməklik edir, lakin təkcə ifa bəs etmir.  Daim geniş işlərə imza atmasan, şou-biznesdə yoxsan. Gələcəkdə iş adamları istedadlı ifaçılara kömək etsinlər". 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.