Şou-biznes

Ajda Pekkan bu addımı ilə görənləri TƏƏCCÜBLƏNDİRDİ - FOTO

23 İyun 2023 00:12
Baxış: 1 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İllərə meydan oxuyan, fit görünüşü ilə diqqətləri üzərinə cəmləyən Türkiyənin superstarı Ajda Pekkan ötən gün Etilerdə obyektivlərə tuş gəlib. 

Milli.Az bizim.media-ya istinadən bildrir ki, 77 yaşlı Pekkan onu qarış-qarış izləyən müxbirlərə evdə bəslədiyi iti ilə bağlı maraqlı açıqlama verib. 

Lüks restoranların birində şam yeməyindən çıxan Ajda "İtim üçün burada yemək aldım" söyləyərək ətrafdakıları təəccübləndirib. 

Qeyd edək ki, Ajda Pekkan həmkarları arasında heyvansevərliyi ilə seçilir. Müğənni daha əvvəl "Heç bir evlilik 30-40 il davam etmir. Bu illər ərzində pişiklərlə özümü təsəlli etməyə çalışdım. 6 dəfə uşağım oldu, amma abort etdirdim. Öz həyatımı çətinliklə davam etdirə bildim. İki ayağımın üstündə çətinliklə dayana bildim" açıqlaması ilə gündəmə səs salmışdı. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.