Şou-biznes

"Başladılar yazmağa ki, Lalənin siması dəyişdi" - FOTO

19 İyun 2023 16:34
Baxış: 1 642
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Üzümdə yaşla əlaqədar buxağım vardı, yanaq əzələlərimdə aşağıya doğru düşüklük vardı. Bunları aradan qaldırmaq üçün plastik əməliyyat olundum. Əldə etdiyim nəticədən də çox razıyam". 

Milli.Az bildirir ki, bu sözləri əməkdar artist Lalə Məmmədova bizim.media-nın əməkdaşı ilə söhbətində deyib. 

Həftələr əvvəl üzündə plastik və estetik əməliyyat keçirən sənətçi bu dəyişimdən çox razı qaldığını dilə gətirib: 

"Plastik əməliyyat keçirməyə ona görə razılaşdım ki, öz simam olsun, yəni dolğular və botoks kimi inyeksiyalar olmasın. Üzüm süni deyil, daha təbii olsun. Hələ də reabilitasiya prosesi gedir. Mən zamanında bu əməliyyatı etdirdim". 

Burun əməliyyatından sonra tənqid hədəfinə çevrilən L.Məmmədova simasını botokslardan qorumaq üçün bu addımı atdığını bildirib:

"Burnumda "rinoplastika" əməliyyatı keçirəndən sonra tamaşaçılarım narahat oldular. Başladılar yazmağa ki, Lalənin siması dəyişdi, gərək bu əməliyyatı etdirməzdi və sairə. Amma mən tamaşaçımı incitmək istəmirəm. Onlar köhnə Laləyə öyrəşiblər. Amma mən üzümdə əlavə şeylərin olmasını istəmirəm. Təbii qalmaq istəyirəm və buna da çalışıram. Çünki təbiilik özü bir gözəllikdir". 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.