Şou-biznes

"Get özünü öldür, sən güclüsən" - Xuraman Şuşalı

15 İyun 2023 11:04
Baxış: 1 383
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Xuraman Şuşalı və ailəsi səkkiz ildir telekanalları izləmir. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" verilişində danışıb. O, övladlarına görə evdə bütün kanalları bağlatdırdığını bildirib:

"Oyunlar var ki, onların sonu faciəvi bitir. Uşaqları idarə edirlər. Deyirlər ki, "Get özünü öldür, sən güclüsən". Övladlarımın telefonda oynadıqları oyunlara nəzarət edirəm. Həmçinin bizim evdə təkcə Azərbaycan yox, bütün telekanallar bağlıdır. Böyük oğlumun 5 yaşı olandan, artıq 8 ildir ki, evdə kanallara baxmırıq. Yutubdan yalnız maarifləndirici videoları izləyirlər. İstəyirəm ki, dil öyrənsinlər".

Qeyd edək ki, Elçin adlı rejissorla evli olan müğənninin 4 övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.