Şou-biznes

"Fuad Poladov bezmişdi, deyirdi, ölüm tez gəlsin"

8 İyun 2023 17:36
Baxış: 1 665
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fuad Poladovla ömrünün son günləri çox yaxın idik. İlk televiziya layihəm olan Mehriban Ələkbərzadənin "Cəza" filmində tanış olduq. Onun yanında adam tir-tir əsirdi. Sonuncu birgə layihəmiz "Mələyin öpüşü" idi. Filmdə tərəf müqabili olduq. O vaxta qədər biz artıq dostlaşmışdıq. Dərdimizi bölüşürdük. Çox unikal bir insan idi".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Münəvvər Əliyeva "Ötən günlər" verilişində deyib. Mərhum Xalq artisti Fuad Poladovdan bəhs edən aktrisa onun həyatının son anlarından danışıb:

"İşləyəndə bütün bədəni danışırdı. Son zamanlarında tez-tez telefonla danışırdıq. Onun həmin vaxtlar keçirtdiyi ağrıları onunla bir keçirtdim. Son telefon danışığında onun necə mərd formada ölümü gözlədiyini, bezdiyini gördüm. Deyirdi, ölüm tez gələrdi. Mən də eyvanda oturub onun ölümünü hiss edirdim. Fuad Poladov böyük şəxsiyyət idi. Çox vicdanlı insan idi. Bu insanda mən eqo görmədim, "mən-mən" eşitmədim".

Qeyd edək ki, F.Poladov 2018-ci ildə xərçəng xəstəliyindən vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.