Aparıcı Vüsalə Əlizadə Mərdəkan körpüsündəki tıxaclardan şikayətlənib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə aparıcı sosial media hesabında yazıb.
"Deməli yarım saatdır Mərdəkan körpüsündə saxlayıblar. Hər gün belədir. Polis 3 maşın buraxır, yenə saxlayır. Yəni, tutarlı səbəb olsa, heç icazə verməzlər hər halda. Əsas yolda sürət 90-dır. İşə tələsən insan bu vəziyyətdə məcburdur sürət həddini qaldırsın və radarlara əl sallasın. Kim fikirləşibsə, bu texnikanı halal olsun, sayənizdə radarlara işləyirik" deyə, Vüsalə bildirib.
Milli.Az