Şou-biznes

Elxan Qasımovun qızı danışdı: “Vəziyyəti çox ağır idi”

30 May 2023 13:22
Baxış: 1 409
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Elxan Qasımovun qızı danışıb. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sənətkarın qızı Kəmalə xanım atasının müalicə aldığı klinikada dünyasını dəyişdiyini bildirib: 

"Atamın vəziyyəti çox ağır idi. O, bir neçə dəqiqə əvvəl müalicə aldığı klinikada vəfat etdi. Bu dəqiqə danışmaq mənim üçün çox ağırdır. Atama aorta anevrizmasının partlaması diaqnozu qoyulmuşdu. Mayın 9-da təcili əməliyyat olundu. Bir müddət reanimasiyada müalicələr aldı. Çox qan itirdiyinə görə, ona qan köçürüldu, sistemlər olundu. Bir müddətdən sonra onu süni nəfəs aparatından ayırdılar. Çətinliklə də olsa nəfəs alırdı. Amma həkimlərin bütün səylərinə baxmayaraq, atamı bu ağır vəziyyətdən çıxartmaq mümkün olmadı". 

Kəmalə xanım valideyninin dəfn olunacağı yeri də açıqlayıb:

"Atam sabah günorta saatlarında oğlunun yanında, Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.