Rusiya və MBD ölkələrində məşhurlaşan azərbaycanlı videobloqer və iş adamı Hüseyn Həsənov qızlarda bəyənmədiyi xüsusiyyətlərdən söz açıb.
Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bloqer bununla bağlı sosial şəbəkə hesabında izləyicilərdən gələn sualları cavablayarkən yazıb.
"Hansı qızları davranışı ilə xanımlıqdan uzaq hesab edirsiniz?" sualına Həsənovun cavabı belə olub:
"Siqaret çəkən, hər sözdən sonra söyüş söyən, eyni vaxtda bir neçə oğlanla ünsiyyət quran qızları xanımlıqdan uzaq hesab edirəm".
Qeyd edək ki, gələn ayın 5-i 29 yaşına qədəm qoyacaq Hüseyn Həsənov subaydır. Bloqer müsahibələrində evlənib, çoxuşaqlı ata olmaq istədiyini açıqlamışdı. Bununla yanaşı, o bildirib ki, ailə quracağı qız mütləq şəkildə onun sevdiyi və hər gün yediyi "pomidor yumurta" yeməyini bişirə bilməlidir.
Milli.Az