Şou-biznes

"Mən dərimi soymağa və yenidən doğulmağa çalışıram” - Məşhur ifaçı

17 May 2023 19:32
Baxış: 1 075
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanadalı pop müğənni səhnə adı "The Weeknd"i əsl adı Eybel Tesfaye ilə əvəz edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ifaçı artıq "Instagram" profilindən başqa bütün sosial media hesablarında adını dəyişib. O, bundan əvvəl verdiyi müsahibədə təxəllüsü dəyişdirmək planlarından danışıb.

Musiqiçi vurğulayıb ki, bu qərarın ardında bütövlükdə musiqi sənayesindən uzaqlaşma durmur, yenə musiqi yaradıcılığına davam edəcək.

"İndi katarsisdən keçirəm. "The Weeknd" fəslini bağlamağa hazır olduğum məqam gəlir. Mən hələ də musiqi ilə məşğul olacağam, bəlkə Eybel kimi, bəlkə də "The Weeknd" kimi. Amma yenə də "The Weeknd"i öldürmək istəyirəm və sonda öldürəcəyəm. Mən dərimi soymağa və yenidən doğulmağa çalışıram", - deyə ifaçı bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.