Şou-biznes

"Qadın 30 yaşına qədər ailə qurmalı və ana olmalıdır"

9 May 2023 16:50
Baxış: 2 452
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ana və atamın qorxusundan hər dəfə deyirdim ki, ailə quracağam. Amma sənəti atacağımı düşünməmişdim. Ceyhunla tanış olanda 20 yaşım var idi. 2033-cü ildən sevgili olduq. 6 il sevgili olaraq qaldıq".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni İradə İbrahimova "Zaurla Günaydın" verilişində deyib. Türkiyə vətəndaşı Ceyhun İzerlə ailəli olan ifaçı 6 il sevgili olduqlarını deyib:

"Fədakarlıq etdim. Ən pik nöqtəsində səhnəni qoydum. Hərdən əsəbiləşirəm ki, bilsəydim səninlə ailə quracağıq vaxtında edərdik, indi uşaqlarımız böyük idi. Qoca vaxtımda ana oldum. 35 yaşımda ikinci övladım dünyaya gəldi. Qadın 30 yaşa qədər ailə qurmaq və ana olmaq işlərini bitirməlidir. Köhnəfikirliyəm".

Qeyd edək ki, İradənin Əli və İpək adlı iki övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.