Şou-biznes

Toydan əvvəl Vasifdən borc alıbmış - VİDEO

9 May 2023 11:49
Baxış: 2 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Xatun Əliyeva ötən il oğlu Adilə etdiyi toydan danışıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi ona dəstək olan dostlarının adını çəkib.

Xatun bildirib ki, məclisi təşkil etmək üçün borc pul götürdüyünü də etiraf edib:

"Toya az müddət qalmış fikirləşirdim ki, ay Allah, kimə zəng edib deyim mənə pul versin? Bir də gördüm ki, Vasif Məhərrəmli zəng edir. Toyla bağlı soruşdu, çox maraqlandı. Mənə "Toy günü özümlə pul gətirəcəyəm. Pulu ödəyəndən sonra mənə qaytararsan" dedi. Vasifin zəngindən sonra ağladım. Aparıcı Lamiyyə Ələkbərova, Elgiz Əkbər, Mətanət Əsədova və başqaları da mənə dəstək idilər. Bilirsiniz, toylar, əvvəlki gəlirlərimiz azalıb. Həyatdır da, bir gün elə olur, bir gün belə". 

Daha sonra müğənni Vasif Məhərrəmli bu barədə fikir söyləyib:

"Sırf bizim sənət camiəsində küsülülük, qəlb qırmaq və s. zaman-zaman olur. Fərq etmir aktyor, ya müğənnidir. Hamımız bir qazanda qaynayırıq. İstəyərdim ki, qəlblər qırılmasın, mehribançılıq olsun. Mən zəng edəndə Xatun həqiqətən də ağladı. Bizim vaxtı ilə pis günlərimiz, cibimizdə pulumuzun olmadığı zamanlar olub. Hansısa məclisdə oxuyanda Xatunu, Mətanəti düşünürsənsə, deməli, doğrudan dostsan. Həmişə dostlarımı düşünmüşəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.