Şou-biznes

10 aylıq həbs qərarı çıxan Gülşənin vəkillərindən açıqlama - FOTO

4 May 2023 15:50
Baxış: 1 205
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün barəsində 10 ay həbs qərarı çıxan Türkiyənin pop ulduzu Gülşən Çolakoğlunun vəkilləri geniş açıqlama yayıblar.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, Emek Emre və Altın Mimir sosial şəbəkə hesablarında məhkəmənin çıxartdığı qərara etiraz edəcəklərini bildiriblər.

"Müvəkkilimiz Gülşən Çolakoğlu ilə bağlı qəbul edilən hüquqa zidd, haqsız qərardan sonra "Gülşən cəzalandırıldı" başlığı ilə yayılan xəbərlərə görə açıqlama veririk. Gülşən avqustun 25-i qanundan kənar bir şəkildə olduğu yerdən götürülərək bölməyə aparılıb, ifadə verdikdən sonra isə saxlanılıb. Haqqında eyni cəzaya görə sənəd hazırlanıb. O gündən indiyə qədər müvəkkilimizin yaşadıqlarının hüquqa zidd olduğunu bildirdik.  
Məhkəmə Gülşənlə bağlı xalqı kin və nifrətə təhrik etmədiyinə qənaət gətirib, bəraət qərarı verməli olduğu halda, xalqın bir hissəsini siniflərə bölmək, din, məzhəb, cinsiyyət və ərazi fərqliliyi edərək alçaltma iddiası ilə cəzalandırdı. Bu vəziyyət müvəkkilimizin və bizim müdafiə haqqımızı məhdudlaşdıran bir yanlışdır", - deyə vəkillər vurğulayıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.