Xəbər verdiyimiz kimi, ötən gün Nyu-Yorkda "Met Gala 2023" dəb tədbiri baş tutub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, gecədə müğənni Dua Lipanın zinət əşyası diqqət çəkib.
Sənətçi tədbirə "Tiffany" brendinin 10 milyon dollardan çox dəyəri olan 100 əyyarlıq boyunbağısı ilə gəlib.
Qeyd edək ki, builki qala gecəsi 2019-cu ildə vəfat edən "Dəbin atası", "Chanel" və "Fendi" moda evlərinin keçmiş kreativ direktoru Karl Laqerfeldin şərəfinə təşkil olunub.
Milli.Az