Şou-biznes

Faiq Ağayevdən 7 yaşlı uşağın dəhşətli ölümü ilə bağlı PAYLAŞIM

3 May 2023 12:03
Baxış: 4 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Faiq Ağayev 7 yaşlı  Fərid Bakarovun həyatını itirməsi ilə bağlı paylaşım edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,  sənətçi bununla bağlı sosial şəbəkə hesabında status yayımlayıb. 

"Son vaxtlar məktəblərdə, uşaq evlərində, sərnişindaşıma (ictimai nəqliyyat və taksi) və idman təlimi sahələrində baş vermiş neqativ hallar bir daha təsdiqləyir ki, adıçəkilən sferalarda işə qəbul zamanı psixoloji yoxlamanın rolu danılmaz və mütləqdir. Yaramaz müəllim, məşqçi, sürücülərin insan həyatları ilə oynamaqlarına son qoyulmalıdır", - deyə F.Ağayev vurğulayıb. 

Qeyd edək ki, hadisə H.Z.Tağıyev qəsəbəsində, 19 nömrəli məktəbin idman zalında baş verib.

Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış samboçu Mehman Xəlilov məşq zamanı 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə azyaşlının boynu qırılıb. O, Uşaq Xəstəxanasına çatdırılsa da, vəfat edib.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.