Şou-biznes

"İkinci dəfə boşanma idarələrində qalmaqdan qorxuram"

27 Aprel 2023 22:35
Baxış: 1 833
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, müğənni Mina Hüseyn yeni münasibətə başlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan ifaçı yeni sevgilisi ilə ailə qurmağa tələsmədiyini bildirib:

"Hələ ki, zamana buraxmışıq, tələsmək istəmirik. Ümumiyyətlə heç kimə tələsməyi tövsiyyə etmirəm. İnsan biri-birini tanımalıdır və daha sonra həyata addım atmalıdır. İkinci dəfə boşanma idarələrində qalmaqdan qorxuram. Yüz ölçüb, bir biçmək lazımdır. Ona görə də axarına buraxmışıq".

Qeyd edək ki, ötən il Sərxan adlı şəxslə ailə quran Mina bir neçə ay sonra ondan boşanıb. İfaçı keçmiş həyat yoldaşını ona təzyiqlər göstərməkdə və yalan danışmaqda ittiham etmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.