Şou-biznes

“Kрасный плошад кремле” nədir?" - Xatirə rusca yazdı, biabır etdilər

27 Aprel 2023 09:35
Baxış: 4 685
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Xatirə İslam yenə paylaşımına görə tənqid olunub.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, instaqram hesabında paytaxt Moskvada çəkdirdiyi fotoları paylaşıb. 

İfaçının məkanın yerini "Красный Плошад Кремле" (əslində, doğru yazılışı belədir: "Красная площадь Кремле", yəni Kremlin Qırmızı Meydanı) qeyd etməsi izləyicilərin müzakirələrinə səbəb olub. Belə ki, insanlar sənətçinin bu səhvini linç ediblər.

İzləyicilər paylaşıma "Xatirə xanım, "Kрасный плошад кремле" nədir? Tərcümədən istifadə edin, heç olmazsa, bizi biabır etməyin", "Yox bir, "Красная лошад в кремле!" Yaza bilmirsənsə, yazma", "Geyimin heç zövqlü deyil", "Bu nə konbindir? Arıqlayandan sonra stilinizi itirmisiniz" və s. şərhlər yazıb. 

Xatırladaq ki, bu yaxınlarda müğənni Xatirə İslam Moskvadakı hava limanından paylaşıdığı görüntülərdə "I lave Moscow" qeydini yazmağı "tənqid atəşi"nə tutulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.