Şou-biznes

“Bu ifama görə AzTV-dən töhmət almışdım” - Xalq artisti

15 Aprel 2023 23:14
Baxış: 1 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Avropa çempionatının açılışında gücünün yalnız bayrağa çatdığını nümayiş etdirən zavallı, şərəfsizə həsr olunur". 

Milli.Azolay-a istinadən xəbər verir ki, bu sözləri instaqramda Xalq artisti Brilliant Dadaşova qeyd edib.

Sənətçi İrəvanda bayrağımızın yandırılmasına belə reaksiya verib:

"Bu mahnını 1988-ci ildə ifa etmişəm. Çəkiliş 1990-cı ilindir. Bundan əvvəlki çəkilişləri ləğv edib silmişdilər. Bu mahnını oxuduğum üçün AzTV-dən töhmət almışdım. Musiqisi Gülərə, sözləri Dəmir Gədəbəyliyə məxsusdur. Videonun üzərində yazılan sözlər isə mənim şeirimdən bir parçadır".

Dadaşovanın şeirində isə bu sözlər yazılıb:

"Ay dilsiz-ağızsız bayrağa güc gələn eşşək. Özgə atına minən tez düşər. Bil ki, budur tək gerçək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.