Şou-biznes

Məşhur türkiyəli müğənni sirr kimi saxladığı xəstəliyini açıqladı: “Rədd olub getmək istəyirəm…” - FOTO

15 Aprel 2023 09:12
Baxış: 1 494
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur türkiyəli müğənni Zerrin Özer onu olduqca narahat edən xəstəliyi ilə bağlı açıqlama verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Zerrin Özer bu barədə "Instagram" hesabında paylaşım edib.

O, sərhədsiz şəxsiyyət pozuntusu (BPD - Borderline Personality Disorder - red.) xəstəliyi ilə  mübarizə apardığını bildirib.

"Rədd olub getmək istəyirəm. Məni tanımırsınız, mən borderlayn xəstəsiyəm, bezdim artıq mənə damğa vurmağınızdan, bezdim bəzi quşbeyinlilərdən", - deyə o bildirib.

Xatırladaq ki, bir müddətdir gözlərdən uzaq həyat sürən müğənni Zerrin Özer 2022-ci ilin iyununda musiqini tərk etdiyini açıqladıqdan bir neçə ay sonra yenidən musiqiyə geri dönüb.

Qeyd edək ki, sərhədsiz şəxsiyyət pozuntusu insanın özü və başqaları haqqında fikirlərinə və hislərinə təsir edən, gündəlik həyatda problemlərə səbəb olan psixi sağlamlıq pozuntusudur. Bu xəstəlik duyğu və davranışları idarə etməkdə çətinlik və başqaları ilə münasibətlərdə qeyri-sabitlik kimi hallarla xarakterizə olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.