İspaniyalı futbolçu Jerar Pike Şakiranı və onun pərəstişkarlarını açıq şəkildə tənqid edib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, müsahibələrinin birində Şakirasız özünü daha xoşbəxt hiss etdiyini bildirib.
İdmançı sənətçinin fan-klubunun sosial şəbəkələrdə onun haqqında mənfi fikirlər yazdığını bildirib:
"Bu barbarlıqdır. Həmin şəxslərin özlərinə məxsus həyatı yoxdur".
Qeyd edək ki, idmançı Şakira ilə 11 il evli olub. Onların bu evliliyindən iki oğlu var.
Milli.Az