Şou-biznes

Mətanət Əsədova: “Dedilər ki, 40 plastik əməliyyat keçirmişəm” - VİDEO

5 Aprel 2023 13:09
Baxış: 1 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Səhnə adamlarının plastik əməliyyat etdirməsinə pis baxmıram. Çünki biz hər zaman göz önündəyik, örnək kimi misal çəkilirik. Hər zaman formada qalmalıyıq. Bu yaxınlarda plastik əməliyyat etdirəcəyəm". 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu "Gül kimi şou" verilişində deyib. 

14 il əvvəl burnunda "rinoplastika" əməliyyatı keçirdiyini söyləyən sənətçi bildirib ki, yaxın zamanda o, yenidən bıçaq altına uzanacaq: 

"2009-cu ildə burnumu əməliyyat etdirmişəm, çox gözəl düzəldiblər. Üzümü əməliyyat etdirəcəyəm. "Üz gərmə" deyilən əməliyyat var. Üzü dartırlar və problemləri aradan qaldırırlar. Səhnəyə yeni gələndə çox arıq idim. Geyimlərimin ölçüsü 33 idi. Burnumun uzunluğu məni pis göstərirdi. Sifətimi və çənəmi uzun göstərirdi. Burnumu əməliyyat etdirdim, ondan sonra dedilər ki, 40 dənə əməliyyat etdirib. Burun insanı həm gözəl, həm də eybəcər göstərə bilər. İncəliklərini poza, ortaya çıxara bilər. Məndə də pozmuşdu, ona görə gedib burnumu əməliyyat etdirdim". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.