Şou-biznes

Hiss: “Paxıllıq etməyi dayandırıb, özünüzə köklənin“ - VİDEO

1 Aprel 2023 16:00
Baxış: 1 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əgər bu dünyada uğurlu insan görürsünüzsə, deməli o, çox yaxşı insandır. Çünki içi, niyyəti təmizdir ki, qarşılığını alır. Nə etsən yerində sayan, bir şey edə bilməyən insan görürsünüzsə deməli, göndərdiyi frekans (enerji dalğası - red.) səhvdir ki, ona eynisi qayıdır. Necə ki, hər şey karmadı".

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Hiss ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Röya Məmmədova sosial şəbəkə hesabında yazıb.

Sənətçi insanların bir-birinə olan paxıllıq hisslərindən söz açıb:

"Başqası haqqında pis düşünsən özünə qayıdır, yaxşı düşünsən də özünə qayıdır. Yəni əslində heç kimə heç nə etmirsən, özündən başqa. Çünki sistem belə işləyir. Əgər uğurlu ola bilmirsinizsə bunu heç kimə bağlamayın. Düşüncələrinizi və niyyətinizi dəyişin ki, siz də uğurlu olasınız. Başqasına paxıllıq etməyi dayandırıb, özünüzə köklənin. Niyyətinizi dəyişin!".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.