Şou-biznes

Efirdə şəftəlini görən Aysunun halı pisləşdi: "Tüklüdür, diksinirəm" - VİDEO

29 Mart 2023 22:52
Baxış: 3 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Aysun İsmayılova canlı efirdə qorxu dolu anlar yaşayıb.  

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi həmin anları qonaq olduğu "7 canlı" axşam şousunda yaşayıb.  

Belə ki, sözügedən proqramın aparıcısı Vüsalə Əlizadə Aysunla kiçik oyun keçirib. 

İsmayılovanın gözlərini qara parça ilə bağlayan Əlizadə ona təqdim etdiyi qutuda olan əşyanın nə olduğunu tapmasını istəyib. Həyəcandan əlləri əsən ifaçı aparıcının köməyi ilə qutunun içindəki əşyaya barmağını toxundurub.  

Vüsalə Aysunun qorxmaması üçün qutunun içində heyvanın olmadığını bildirib. İsmayılova barmağını əşyaya toxundurduqdan sonra onun "tüklü" olduğunu söyləyib və hürküb.  

Bundan sonra Vüsalə Aysunun gözlərini açıb və qutunun içində şəftəlini çıxarıb. Həmin anda meyvəni görən müğənni dərhal studiyada olan divana sarı qaçıb və bu sözləri dilə gətirib:

"Əllərim tərlədi, ona əl vura bilmərəm. Üstü tüklüdür...(oturduğu yerindən ayağa qalxır). O meyvədən diksinirəm".  

Verilişin gedişatında üzləşdiyi çətin anlardan sonra Aysun İsmayılova taxdığı linzalarını gözündən çıxardığını söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.