Şou-biznes

Məşhur aktyor kəndə köçdü

3 Aprel 2023 22:26
Baxış: 1 034
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hollivud aktyoru Conni Dep İngiltərədə bir kəndə köçdüyünü, orda sakit həyat yaşadığını elan edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, aktyor Somerset qraflığındakı malikanəsini 2014-cü ildə alıb. 12 yataq otağı olan bu evin qiyməti hələ o zamanlar 13 milyon funt-sterlinq təşkil edib.

Aktyor "Somerset Life" jurnalına verdiyi müsahibədə bildirib ki, xüsusi xarakteri olan yerləri sevir və dünyanın müxtəlif nöqtələrində çoxlu sayda evləri var.

"Utancaq adamam, Britaniyadakı kənd evimdə istədiyim kimi davrana, özüm ola bilirəm. Ona görə bura xoşuma gəlir. İngilislərin soyuq  xarakteri məni valeh edir. Onlar  məsafə saxlamağı bacarır, məni sonsuz avtoqraf və selfi istəkləri ilə yormurlar. Özümə və ailəmə rahatlıqla zaman tapa bilirəm", -  o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.